- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

15 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası UEFA inkişaf turnirində bu gün ikinci oyuna çıxıb.
Allsport.az xəbər verir ki, millimiz Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişineuda yerləşən Moldova futbol federasiyasının texniki mərkəzində keçirilən görüş rəqib komandanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolu 41-ci dəqiqədə Sübhan Əlizadə vurub.
U-15 turnirdə son oyununu noyabrın 23-də Moldova seçməsinə qarşı keçirəcək.