- Baxış sayı: 22
- 26 Noyabr 2024 15:13
- Baxış sayı: 157
- Noyabr 25, 2024
- 0
17 və 19 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının 2023/24-cü illər mövsümün birinci mərhələsinin onlayn şəkildə püşkü atılıb.
Allsport.az xəbər verir ki, UEFA millətlər liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacağı qrupları müəyyənləşib. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası “B” Liqasında Malta, Xorvatiya və Lüksemburq yığmaları ilə birlikdə 3-cü qrupda qərarlaşıb. Bu qrupun oyunları 2, 5, 8 oktyabrın tarixlərində Xorvatiyada təşkil olunacaq.
“B” liqasında mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də 3-cü qrupda yer alıb. U-19 “A” liqasına vəsiqə qazanmaq uğrunda Sloveniya, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 8, 11, 14 noyabr tarixlərində Sloveniyada keçiriləcək.