- Baxış sayı: 30
- 19 Mart 2026 10:58
- Baxış sayı: 137
- Mart 18, 2026
- 0

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Allsport.az xəbər verir ki, “B” liqasının 3-cü qrupunda yer alan millimiz Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Sloveniyanın Krşko şəhərində baş tutan görüş rəqibin 6:1 hesablı qələbəsi ilə bitib. Yığmamızın heyətində yeganə qolu 42-ci dəqiqədə Könül Hüseynova vurub.
Azərbaycan yığması əvvəlki oyunlarında Belçikaya 0:11, Sloveniyaya 0:3 hesabı ilə uduzmuşdu.