Ruslara görə yığmamız AÇ-dən kənarlaşdırıldı, nəticələri ləğv olundu

Sambo üzrə yığmamız Kiprdə keçirilən Avropa çempionatından kənarlaşdırılıb. Allsport.az xəbər verir ki, millimizin AÇ-dəki bütün nəticələri də ləğv edilib.

Buna Emil Həsənov (71 kq) səbəb olub. Rusiya təmsilçisi Məhəmməd Hacıyevlə üz-üzə gələn idmançımız qələbəni rəqibə verən hakimlərlə razılaşmayaraq onlara etirazını bildirib və görüşü başa vurmaqdan imtina edib. Nəticədə yarışda 40 dəqiqəlik fasilə yaranıb.

Yekunda qızıl medal Hacıyevdə qalıb. Bir qədər sonra isə Avropa sambo federasiyası (ASF) həmin görüş zamanı Azərbaycanı təmsil edən nümayəndələrin də etirazını nəzərə alaraq yığmamızı yarışdan uzaqlaşdırıb.

ASF-in prezidenti Sergey Yeliseyev baş verənlərə belə münasibət bildirib: “Bu gün Avropa sambo federasiyası Azərbaycanın diskvalifikasiya edilməsiylə bağlı qərar verib. 71 kiloqram çəkidə mübarizə aparan azərbaycanlı iştirakçı qırmızı formada olan rusiyalı rəqibinin ağrıdıcı fəndindən sonra qışqıraraq təslim olub. Hakim bunu eşitdiyi üçün qələbəni rusiyalı samboçuya verib.

Lakin qarşı tərəf komanda şəklində xalça üzərinə qaçaraq rusiyalının qələbəsinə etiraz edib. Belə davranış təbii ki, yolverilməzdir. Artıq Azərbaycan Sambo federasiyasının prezidentinə də vəziyyət barədə məlumat verilib. Komandanın sonrakı taleyi ASF-in icraiyyə komitəsində və Beynəlxalq sambo federasiyasında yenidən müzakirə olunacaq”.

Həmin kateqoriyadan