Alpaqut üzrə dünya çempionu olduq

“Sərhədçi” idman olimpiya mərkəzində noyabrın 22-də start götürən alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, yarışda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü – aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb.

Ölkəmiz bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran alpaqutçuları isə üçüncü yerə layiq görülüb.

Alpaqut üzrə üçüncü dünya çempionatı 2020-ci ildə Türkiyədə keçiriləcək.

Həmin kateqoriyadan