Millimiz bu gün ilk oyununu keçirəcək

Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirəcək. Allsport.az xəbər verir ki, millimiz Serbiyanın Belqrad şəhərindəki “Belqrad Arena”da İtaliya yığması ilə qarşılaşacaq.

Mark Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna) və Kamil Çətindən (Türkiyə) ibarət hakimlər briqadasının idarə edəcəyi oyun yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Qarşılaşma CBC Sport televiziya kanalında canlı yayımlanacaq.

AÇ-2016
“D” qrupu
3 fevral

00:00. İtaliya – Azərbaycan
Belqrad. “Belqrad Arena”.
Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna).

Həmin kateqoriyadan