- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

2020-ci ildən etibarən UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının tətbiqinə başlayacaq.
Allsport.az xəbər verir ki, indiyədək təşkil olunan AÇ-lərdən fərqli olaraq, yeni formata əsaslanan turnirdə komandalar reytinqə görə 3 liqaya (“A”, “B”,”C”) bölünüblər.
Ənənəvi formatda keçirilən U-19 Avropa çempionatının növbəti final mərhələsi 2021-ci ildə, yeni format əsasında təşkil olunan U-19 AÇ-nin final mərhələsi isə 2022-ci ildə olacaq.
Bu gün yeni formatda təşkil olunan turnirin 1-ci raundunun püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandası bu raundda C Liqasının 3-cü qrupunda çıxış edəcək. Komandamızın rəqibləri Monteneqro, Farer adaları və Andorra yığmaları olacaq. Oyunlar 2020-ci il sentyabrın 22-də, 25-də və 28-də Andorrada təşkil olunacaq.