- Baxış sayı: 42
- 20 Mart 2026 22:25
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, millimiz Macarıstan yığması ilə qarşılaşıb.
Qarşılaşma 5:2 hesabı ilə komandamızın xeyrinə yekunlaşıb. Macarıstan yığmasının qapısından topları Elvin Quliyev, Sabir Allahquliyev, Orxan Məmmədov, Zeynal Zeynalov və Renat Sultanov keçirib.