- Baxış sayı: 110
- 27 Fevral 2026 21:37
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Qasın sablya millimiz, Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşqdədir. Allsport.az xəbər verir ki, yanvarın 4-ü başlayan hazırlıq ayın 11-nə kimi davam edəcək.
Komandalar gündə 2 dəfə Azərbaycan texniki universitetinin idman sarayının qılıncoynatma zalında çalışırlar. Toplanış 13-15 yanvarda Tunisdə qran pri turnirinə hazırlıq xarakteri daşıyır.
Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, ondan əlavə, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova Qran-Pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.