- Baxış sayı: 38
- 31 Mart 2026 21:42
- Baxış sayı: 783
- Mart 30, 2026
- 0

DÇ-2022-nin seçmə mərhələsinin Avropa zonasında 3 turdan sonra xal qazanmayan komandalar müəyyənləşib. Allsport.az xəbər verir ki, “A” qrupunda qərarlaşan İrlandiya və Azərbaycan yığmaları hələ hesablarına xal yazdırmayıblar.
“B” qrupunda Kosovo, “C” qrupunda Litva, “E” qrupunda Estoniya, “G” qrupunda Cəbəllütariq, “I” qrupunda Andorra və San Marino, “J” qrupunda Lixtenşteyn milliləri də xala həsrətdilər.
Keçirdiyi bütün matçlarda qələbə qazananlar isə İsveç (2 oyun), İtaliya (3 oyun), Danimarka (3 oyun), İngiltərə (3 oyun) və Ermənistan futbolçularıdır (3 oyun).