- Baxış sayı: 19
- 31 Mart 2026 21:42
- Baxış sayı: 737
- Mart 30, 2026
- 0

21 yaşadək futbolçulardan ibarət millimiz bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb. Allsport.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Ukraynanın U-21 yığması ilə qarşılaşıb.
Kiyevdəki “Bannikov” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. Musa Qurbanlının vurduğu qol komandamıza bu oyunda qələbə qazandırıb.
Yığmamız sabah Özbəkistanın U-21 millisi ilə qarşılaşacaq.