Millimizin futbolçusu Norveç klubunun hədəfində

17 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Kazım Birkan karyerasını Norveçdə davam etdirə bilər. Allsport.az xəbər verir ki, onun xidmətində “Stabek” klubu maraqlıdır.

Baş məşqçi Bob Bredli Birkanı komandasında görmək istədiyini bildirib. Amma Kazımla bir il sonra müqavilə imzalanacaq. Çünki futbolçumuzun 18 yaşı yalnız bir il sonra tamam olacaq.

Qeyd edək ki, Kazım Birkanın son klubu “Qaziosmanpaşa” olub.

Həmin kateqoriyadan