- Baxış sayı: 52
- 20 Mart 2026 23:37
- Baxış sayı: 230
- Mart 19, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Ahlen”lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 16 xalla 19 klub arasında 14-cü pillədə qərarlaşıb.