Millimizin hücumçusu “Bavariya”ya qol vurdu

Almaniya 3-cü liqasının 10-cu turunda millinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” doğma meydanda “Bavariya”nın 2-ci komandasına 1:4 məğlub olub.

Allsport.az saytı xəbər verir ki, futbolçumuz görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək çıxış edib. Komandasının yeganə qolunu da o vurub.

Yığmamızın forvardı 82-ci dəqiqədə fərqlənib. Münster klubu 9 xalla 20 kollektiv arasında 17-ci pilləyə enib.

Həmin kateqoriyadan