- Baxış sayı: 30
- 31 Mart 2026 15:55
- Baxış sayı: 691
- Mart 30, 2026
- 0

İngiltərənin “Vulherhempton” klubunun azərbaycanlı futbolçu Renat Dadaşov karyerasını Pireneydə davam etdirəcək.
Allsport.az saytı xəbər verir ki, Portuqaliya liqasında çıxış edən “Tondela” 22 yaşlı hücumçunu 1-mövsümlük icarəyə götürüb. Dünən tibbi müayinədən keçən futbolçu, bu gündən məşqlərə qoşulacaq.
Həmvətənimizin “Vulherhempton”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, 2019-cu ildə icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda mübaruzə aparıb.