- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyə Sultanlar liqasında 5-8-ci yerlər üçün mübarizənin ilk yarısı arxada qalıb. Allsport.az saytı xəbər verir ki, millimizin hücumçusu Yana Kulanın çıxış etdiyi “Çanaqqala Bld” komandası həlledici görüşdə “Xalkbank”a 3:2 (23:25, 25:17, 25:18, 17:25, 15:11) hesabı ilə qalib gələrək, 5-6-cı yerlər uğrunda mücadiləyə qoşulub. Bu matçda voleybolçumuz 13 xal qazanıb.
Millimizin digər oyunçusu Kseniya Qoçigıdin şərəfini qoruduğu “Beşikdaş” bu mərhələdə “Bursa” klubu ilə qarşılaşıb. Həlledici matçda rəqib “qara qartallar”dan üstün olub – 3:1 (25:13, 20:25, 25:16, 25:17). Bu oyunda blokçumuz öz hesabına 4 xal yazdırıb.
Beləliklə, 5-6-cı yerlər uğrunda görüşdə “Çanaqqala” kollektivi “Bursa BŞB” ilə, “Beşikdaş” 7-8-ci yerlər üçün “Xalkbank” qarşı mübarizə aparacaq.