- Baxış sayı: 136
- 04 Fevral 2026 23:05
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

11-16 fevral tarixlərində Fransada keçiriləcək komandalararası Avropa çempionatında iştirak edəcək kişilərdən ibarət badminton millimizin heyəti açıqlanıb.
Allsport.az xəbər verir ki, baş məşqçi Morteza Validarvinin qərarına əsasən, qitə çempionatında ölkəmizi Orxan Qələndərov, Səbuhi Hüseynov, Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Cahid Əlhəsənov və Aqil Qəbilov təmsil edəcək.
Komandamızın üzvləri turnirə hazırlığın son mərhələsində Ukrayna və Danimarkada təlim-məşq toplanışı keçəcək.
5-ci qrupda yer millimizin rəqibləri Almaniya, Çex Respublikası və İslandiya yığmalarıdır. Komandamız qrupda ilk oyununu fevralın 11-də İslandiya millisinə qarşı keçirəcək.
Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşdən ibarət olacaq.