Millimizin sabiq qapıçısı dünya ulduzları ilə bir arada

Fevralın 14-də Moskvada ənənəvi Əfsanələr Kubokuna start veriləcək. Allsport.az xəbər verir ki, bu turnirdə “Futbol ulduzları” komandasının heyətində Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenko da yer alacaq.

Bu barədə rusiyalı futbolçu Eqor Titov məlumat verib: “Komandada rusiyalı Niqmatullin, Bulıkin, braziliyalı Aldair, Serjinyo, italiyalı Marko Delvekkio, finlandiyalı Yari Litmanen, fransalı İbrahim Ba, azərbaycanlı qapıçı Dima Kramarenko yer alacaq”.

Qeyd edək ki, püşkə əsasən “Futbol ulduzlar”ı Portuqaliya və İtaliya komandaları ilə bir qrupa düşüb. Digər qrupda isə Rusiya, Almaniya və Hollandiya mübarizə aparacaq.

Həmin kateqoriyadan