Millimizin taleyi İtaliyanın əlindədir

Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatının final mərhələsi davam edir. Allsport.az xəbər verir ki, artıq 8 komanda qrup mərhələsi çərçivəsində keçirilən oyunlarda qələbə qazanmağa nail olub və 1/4 finala çıxmağa çox yaxındır.

Bu komandalar Portuqaliya, Serbiya, Ukrayna, İspaniya, Rusiya, Qazaxıstan, İtaliya və Azərbaycandır. Bu komandalar arasında yalnız Qazaxıstanla Azərbaycan qrupdakı hər iki oyununu geridə qoyub. Digər kollektivlərin isə qrupdan yüz faizlik nəticə ilə çıxmaq şansı da var.

Xatırladaq ki, D qrupunda yer alan millimiz startda İtaliyaya 0:3 hesabıyla uduzmuşdu. Amma ötən gecə Çex Respublikası ilə qarşılaşma futzalçılarımız üçün uğurlu alındı və 6:5 hesablı qələbəyə sevindilər. Bu qələbə millimizi 1/4 finala çıxara bilər. Amma millimizin taleyi İtaliyanın əlindədir. Belə ki, italyanlar fevralın 7-də keçiriləcək çexlərlə görüşdə hətta heç-heçə də etsələr, Azərbaycan pley-offa yüksələcək. Çexlərin İtaliyaya hətta minimal hesabla qalib gəlməsi də komandamızın uğuruna problem yaratmayacaq.

Həmin kateqoriyadan