- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin və İspaniya Sequndasında çıxış edən “Albasete” klubunun yarımmüdafiəçisi Eddi İsrafilov həbs oluna bilər.
Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu ömrünün 3 ilini dəmir barmaqlıqlar arxasında keçirə bilər.
O, “Eybar” klubunda çıxış etdiyi vaxt komanda yoldaşları – Serxio Enrix və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqla günahlandırılır. Enrix və Luna ilə intim əlaqədə olan 17 yaşlı qız bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan videonu Eddi İsrafilova ötürüblər. İsrafilov isə həmin videonu sosial şəbəkədə paylaşdıqdan sonra silmişdi. Enrix və Lunanı çətin vəziyyətə salan Eddinin taleyi qaranlıqdır.
Enrix, Luna və İsrafilovu 2 ildən 5 ilədək həbs cəzası gözləyir. Məhkəmə prosesi 3 ilə yaxındır ki, davam edir və yaxınlarda yekun qərarın veriləcəyi gözlənilir.
Eybar şəhər məhkəməsi işi baxışa göndərib. Prokurorluq Eddi İsrafilova 3 il həbs cəzası istəyib.
Eddi İsrafilov 2015-ci ildə Azərbaycan millisinə dəvət alır.