- Baxış sayı: 35
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

“Sabah”ın və millimizin üzvü Bəhlul Mustafazadə karyerasını İngiltərədə davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Sanderlend” qış fasiləsində 22 yaşlı futbolçunu transfer etmək üçün “Sabah”a təklif ünvanlayacaq. “Sabah”ın “qara pişiklər”dən böyük təzminat tələb etməyəcəyi vurğulanıb.
“Sanderlend” İngiltərə 1-ci liqasında (səviyyəcə 3-cü divizion) çıxış edir.
Daha öncəki müsahibəsində Bəhlul ölkə xaricində oynamaq arzusunda olduğunu demişdi.
Gənc müdafiəçi yayda “Qəbələ”dən “Sabah”a keçib.