- Baxış sayı: 48
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 179
- Fevral 08, 2026
- 0
Bir neçə gün öncə Polşada formasını geyindiyi «Atom»la yollarını ayıran Yana Ağayevanın bekarçılığı uzun çəkməyib.
Allsport.az saytı xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Türkiyənin «Çanarqqala Bələdiyyəspor» klubu ilə anlaşıb.
Həmyirlimiz 1-ci Liqa komandasında mövsümün sonunadək çıxış edəcək. Hazırda «ağ-mavilər» yarış cədvəlində 13 xalla 9-cu yerdədir.
Xatırladaq ki, voleybolçumuzun «Atom»da müqaviləsini vaxtından əvvəl pozmasına səbəb, daim ehtiyatda qalması olub.