- Baxış sayı: 25
- 05 Dekabr 2025 10:28
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Stiv Maklaren DÇ-2026-ya birbaşa vəsiqə qazana bilmədikdən sonra Yamayka milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
Allsport.az xəbər verir ki, onun komandası Şimali Amerikada seçmə mərhələnin altıncı turunda Kurasao ilə 0-0 heç-heçə edib.
Beləliklə, Yamayka altı oyundan 11 xalla öz qrupunda ikinci yeri tutub və mundiala birbaşa vəsiqə qazana bilməyib.
Yamayka hələ də İraq, Konqo demokratik respublikası, Boliviya, Surinam və Yeni Kaledoniyanın da iştirak edəcəyi altı komandalı pley-off yolu ilə dünya çempionatına vəsiqə qazana bilər.