- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.
Allsport.az xəbər verir ki, “iticket.az”da satılan biletlərin qiymətləri İslandiya ilə oyun üçün 5-30 manat aralığında dəyişir. Azərbaycan – Fransa matçı üçün bilet qiymətləri isə 5-200 manat aralığındadır.
İslandiya ilə görüş noyabrın 13-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək. Azərbaycan – Fransa oyunu isə noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.