Millinin heyəti

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası noyabrın 5-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçəcək, ayın 9-dan 19-dək isə Maltada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Allsport.az xəbər verir ki, 13-cü qrupda yer alan U-19 millimiz Çex respublikası, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları Maltada təşkil olunacaq.

U-19-a çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

Nr.Soyadı / AdıKlub
1Həbib HüşənovQəbələ
2Ayxan AbbaszadəTuran Tovuz
3Məhəmmədəli MəmmədovTuran Tovuz
4Rəşad AlışovQarabağ
5Tuncay ƏhmədovMarcet (İspaniya)
6Cavid MəlikovQarabağ
7Seydi DanzıyevSabah
8Vüsal PaşayevSumqayıt
9Nadir OrucovSumqayıt
10Ömər HəsənliZirə
11Eltun BabazadəQarabağ
12Ziya ŞəkərxanovQəbələ
13Şahin İbrahimovSabah
14Əliəkbər RzazadəQarabağ
15Rauf QafarovZirə
16Həsən NəzərliAnkaragücü (Türkiyə)
17Anar HüseynovSabah
18Hikmət CəbrayılzadəQarabağ
19Şahismayıl CəfərovQarabağ
20Nihad OrucəliSumqayıt

12 noyabr

Çex respublikası (U-19) – Azərbaycan (U-19)

“Centenary” stadionu, Ta Qali. Saat 17:30

Baş hakim: Oliver Reitala (Finlandiya)

Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta)

Dördüncü hakim: Ezekiel Barbara (Malta)

15 noyabr

Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)

“Centenary” stadionu, Ta Qali. Saat 17:30

Baş hakim: Sayat Karabayev (Qazaxıstan)

Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)

Dördüncü hakim: Ezekiel Barbara (Malta)

18 noyabr

Azərbaycan (U-19) – Malta (U-19)

“Centenary” stadionu, Ta Qali. Saat 14:00

Baş hakim: Oliver Reitala (Finlandiya)

Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Aleksey Dolqix (Qazaxıstan)

Dördüncü hakim: Sayat Karabayev (Qazaxıstan)

Həmin kateqoriyadan