- Baxış sayı: 34
- 31 Mart 2026 21:42
- Baxış sayı: 773
- Mart 30, 2026
- 0

Futbol üzrə U-21 millisinin AÇ-2021-in seçmə mərhələsində Lixtenşteynə qarşı keçirəcəyi oyuna təyinatlar açıqlanıb.
Allsport.az xəbər verir ki, görüşü kiprli referi Lukas Sotirius olacaq. Ona yan xətlərdə Çaralambos Çaralambous və Yoannis Lazarous köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kriakos Kristodoulos yerinə yetirəcək.
Noyabrın 14-də Sumqayıtda keçiriləcək görüş saat 18:00-da başlayacaq. Bu komandaların qrupdakı ilk duelində milli səfərdə 0:1 hesabı ilə uduzmuşdu.