Milli komandanın “Şaxtyor” ilə oyununu belaruslu hakimlər idarə edəcəklər

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının bu gün Bakı vaxtı ilə saat 18:00-da Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə keçirəcəyi yoldaşlıq oyununu Belarusdan olan hakimlər idarə edəcəklər. Allsport.az xəbər verir ki, baş hakim Vitali Sevostyanik olacaq.

Ona həmyerliləri Sergey Qidreviç və Yevgeni Yuçeviç kömək edəcək.

Həmin kateqoriyadan