- Baxış sayı: 19
- 18 Dekabr 2024 10:42
- Baxış sayı: 69
- Dekabr 17, 2024
- 0
Çin millisinin sabiq baş məşqçisi Li Te rüşvət vermək və almaqda ittiham olunaraq həbs olunub.
Allsport.az xəbər verir ki, 2015-ci ildən 2021-ci ilə qədər Li Te ümumilikdə 120 milyon yuan (28 milyon manat) məbləğində rüşvət verib və alıb. Məhkəmə müəyyən edib ki, Li “milli komandaya müəyyən şəxsləri seçmək” üçün rüşvətdən istifadə edib, həmçinin klublara yarışlarda qalib gəlməyə və oyunçularla müqavilə imzalamağa kömək edib. 47 yaşlı mütəxəssis buna görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Li Te 2019-cu ilin sonundan Çin millisinin baş məşqçisi olub və iki ildən sonra istefa verib.