Milner tarixə keçdi

“Brayton”un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə premyer liqasında tarixi rekorda imza atıb.

Allsport.az xəbər verir ki, 27-ci tur çərçivəsində keçirilən “Brentford”la matçda meydana çıxan 40 yaşlı futbolçu çempionatda 654-cü oyununu keçirib.

Bununla da Milner 2024-cü ildə karyerasını bitirmiş Qaret Berrini geridə qoyaraq, premyer liqa tarixində ən çox oyun keçirən futbolçu olub. Yarımmüdafiəçi zəngin karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Nyukasl”, “Aston Villa” və “Lids” kimi klubların da köynəyini geyinib.

Həmin kateqoriyadan