- Baxış sayı: 26
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Noyabrın 22-də gənclər və idman nazirliyi, AFFA və Azərbaycan minifutbol federasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, Bakı tennis akademiyasında tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb.
Dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan minifutbol federasiyasının vitse-prezidenti Taleh Nəsibov çıxış edərək bütün komandalara uğurlar arzulayıblar.
Daha sonra videoçarx nümayiş olunub, ardınca taekvondo, akrobatika gimnastikası və futbol fəndləri üzrə nümunəvi çıxışlar təqdim olunub.
Turnir açıq elan edildikdən sonra ilk turun oyunu keçirilib. Müdafiə nazirliyi ilə ədliyyə nazirliyi qarşılaşıblar. Oyun ədliyyə nazirliyinin (3:1) qələbəsi ilə başa çatıb.