- Baxış sayı: 19
- 18 Dekabr 2024 10:42
- Baxış sayı: 69
- Dekabr 17, 2024
- 0
Gənclər və idman nazirliyi, Azərbaycan futbol federasiyaları assosiasiyası və Azərbaycan minifutbol federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə dövlət qurumları arasında III minifutbol turnirinin açılışı oldu.
Allsport.az saytı xəbər verir ki, Bakı tennis akademiyasında tədbir iştirakçı komandaların təqdimatı ilə başladı. Ardınca dövlət himni səsləndirildi. Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
AMF-in prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, nazir Fərid Qayıbov çıxış edərək bütün komandalara uğurlar arzuladılar.
Turnir açıq elan edildikdən sonra ilk turun oyunu keçirilib. Baş prokurorluq ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qarşılaşıblar. Oyun qanuna nəzarət edənlərin 5:1 qələbəsi ilə başa çatıb.