- Baxış sayı: 28
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
İdman hər bir millətin sağlam gələcəyə malik olması baxımından çox vacib bir amildir. Gənclərin məhz bədən tərbiyəsi ilə məşğul olması onları arzuolunmaz yollardan çəkindirə bilər. Azərbaycanda əhalinin kütləvi bədən tərbiyəsi ilə məşğulluğu ciddi diqqət mərkəzindədir. Əsasən də son illərdə bu işə daha çox yer ayrılır.
Ümumilli lider həmişə xalqın fiziki sağlamlığı üçün bədən tərbiyəsinə xüsusi qyağı göstərdiyi heç kimə sirr deyil. Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyev respublikada idmanın, bədən tərbiyəsinin kütləviliyini də öz çıxışlarında dəfələrlə ön plana çəkərək demişdir: “Biz idmanı, bədən tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik, bu Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir. Buna nail olmaq üçün təbiidir ki, lazımi imkanlar da yaratmalıyıq, lazımi şərait də yaratmalıyıq”.
Dünya şöhrətli öndərin bu siyasəti davam etdirən səmti müəyyənetmə federasiyası səbəbkarın elə öz adına yarış keçməklə, həm onun ruhunu şad edir, həm də xatirəsini əziz tutur. Ankarada Azərbaycan və Türkiyə Səmti Müəyyənetmə Federasiyalarının təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi və ölkəmizin Türkiyə Cümhuriyyətində səfirliyinin dəstəyi ilə ilk dəfə Heydər Əliyevə həsr olunmuş kubok mübarizəsi buna əyani sübütdur. ASMF-in prezidenti Mirəli Kazımov allsport.az saytına açıqlamasında qardaş ölkədə keçirilmiş tədbir barədə bunu söylədi:
“Məlum olduğu kimi, ümummilli lider ölkəmizin güclənməsinin özəyini qoyub. Bu gün əmin-amanlıq içində və firavan yaşamağımızda onun böyük rolu var. Heydər Əliyev idman da böyük diqqət göstərib və bu sahənin inkişafında əməyi əvəzsizdir. Digər sübut, o, Azərbaycanla Türkiyə arasında dostluq münasibətlərinin yüksək səviyyəyə çatdırılmasında böyük xidmət göstərib. Bu üzdən, onun xatirəsinə yarışın orda təşkil olunması tam qanunauyğun idi. Tədbir çərçivəsində paytaxtda Ankarada Atatürkün məzarı ziyarət edildi; Heydər Əliyevin abidəsi olundu, önü güllərlə bəzədildi. Yarışın əsas məqsədi bu gün qoyulan adddımların nəticəsini gələcəkdə görməkdir. Prinsipal mövqe bir də ondan ibarətdir ki, o parka toplaşmış müxtəlif ölkələrin nümayəndələrinə Azərbaycanın təbliğatının aparılmasıydı. Tədbir hamı tərəfindən bəyənildi. Bu işi gələcəkdə ənənəyə çevirmək firkrindəyik”.
Müsahib, Nabranda davamlı olaraq keçirilən kütləvi tədbirdən də danışdı. Bildirdi ki, hər il yarışda iştirak edənlər rəqabətdə səviyyəni daha artırır: “İçərişəhərdə, eləcə də Şabranın Qalaaltı və Xaçmaz rayonunun Nabran meşə zolaqlarında səmti müəyyən etmə üzrə 5-ci beynəlxalq kubok mübarizəsi yaxşı keçdi. İlbəil həm kütləvilik, həm keyfiyyət, həm də davamlı gələnlərin sayı artır. Bu yarışın müsbət amili ənənəvi olmasındadır: hamı bilir ki, hər il eyni günlərdə səmti müəyyənetmə var var. Başqa sevindirici məqam, sözü gedən rəqabətdə 80 xarici vətəndaşın olmasındaydı. Bu, həm idmanın inkişafının göstəricisi, həm də turizmin genişlənməsinə xidmətdir. Üstəlik, təqvimdə yer alan bu yarışın beynəlxalq quruma üzv olan 88 federasiyaya dəvət göndərilməsi təbliğatdır”.
Mirəli Kazımov avqustda Latviyanın Dauqavpils şəhərində keçiriləcək dünya çempionatına da toxundu. Bildirdi ki, Baltikyanı ölkəyə səfərin hazırlığı gedir: “Milli komanda mövsümün ən məsul sınağı üçün təlim-məşqini edir. Amma düzünü deyəcəyəm: ordan yüksək nəticə gözləmirəm. Bunun ciddi səbəbləri var. Birincisi, biz bu ailədə yeniyik. İkincisi, orda uzun illərdir iştirak edən Skandinaviya və digər aparıcı Avropa ölkələrin nümayəndələri var. Əvvəllər səmti müəyyən edilən yerə vaxtında çatmırdıq. Ancaq indi həmin çatışmamazlıq aradan qaldırılıb. Artıq mübarizədə disflikasiya olmuruq. Hətta deyərdim ki, bizim kimi yeni qoşulan yığma komandalardan daha yaxşı çıxış edirik. Başqa sözlə, 2-ci dərəcə ölkələri arasında rəqabətdə öz sözümüzü deməyə başlamışıq”.