- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Qarabağ” Avroliqanın qrup mərhələsində ilk görüşünü “Sent-Etyen”ə qarşı keçirdi. Həmin matçda çox yaxşı oyun göstərmişdilər”. Allsport.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözü “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç deyib. Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la üz-üzə gələcək Dnepropetrovsk təmsilçisinin çalışdırıcısı Azərbaycan klubunun yaxşı formada olduğunu bildirib:
“Düzdü, ikinci qarşılaşmada səfərdə “İnter”ə uduzdular. Amma Milanda onlar öz oyunlarını nümayiş etdirə bilmişdilər. “Qarabağ”ın heyətində 3-4 braziliyalı futbolçu var. Ümumiyyətlə, bu klubun iki eyni heyəti var. Biri daxili çempionatda oynayır, digəri Avroliqada. Onlar pley-off mərhələsində güclü Hollandiya klubunu (“Tvente”ni nəzərdə tutur – red.) mübarizədən kənarlaşdırıblar. Bu isə ondan xəbər verir ki, rəqibimiz formadadır”.
O bildirib ki, komandasında heç bir problem yoxdur və rəqibdən xal ala bilər: “Komandamızda heç bir problem yoxdur. Roman Zozulya da artıq heyətə dönüb. İstərdik ki, “Qarabağ”dan 3 xal alaq. Çünki onlarla oyunlar qrupda ikincilik uğrunda vacib görüşlər olacaq. Əgər bu komandanı məğlub edə bilsək, işimizi asanlaşdıracağıq. İnanıram ki, biz daxili çempionatdakı uğurumuzu Avroliqada da davam etdirib gücümüzü sübut edəcəyik”.