- Baxış sayı: 37
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 121
- Noyabr 28, 2024
- 0
Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç Avstriya regional liqasında çıxış edən “Bişofshofen”lə yoxlama matçında (5:0) het-trik edən Mahir Əmrəlinin çıxışı barədə danışıb. Allsport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 23 yaşlı hücumçunun cərimə meydançasında yaxşı oynadığını bildirib:
“Mahir Emreli məşqlərdə gördüyümüz keyfiyyətini burada da sübut etdi. Onun yaxşı texnikası var, oyunu oxuyur və son vuruşları effektivdir. Fərqlənmək üçün daim münasib vəziyyət axtarır və əla zərbələrə malikdir. Rəqibin cərimə meydançasına daxil olmağı sevir. Bu da onu göstərir ki, Mahirin yanında ikinci hücumçuya ehtiyac var. Topla yaxşı oynadığından 3-5-2 sisteminə də uyğun gəlir”.