- Baxış sayı: 54
- 05 Dekabr 2025 22:34
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

MMA idmançımız Nəriman Abbasov (70 kq) növbəti döyüşünə çıxacaq. “TT Fight” klubunun üzvü aprelin 26-da Moskvada “Fight Nights Global 93” döyüş proqramında qazaxıstanlı Kuat Həmidovla qarşılaşacaq. “Mıtişi” arenasında qalibə çempion kəməri veriləcək.
Həmyerlimiz peşəkar MMA-da keçirdiyi 26 görüşdən yalnız 3-ündə məğlub olub. O, son səkkiz döyüşdə qələbə qazanıb. İdmançımızın rəqibi 31 yaşlı qazaxıstanlı döyüşçü karyerası ərzində 25 döyüş keçirib, onlardan 6-sında məğlub olub, 1-i heç-heçə başa çatıb.