- Baxış sayı: 31
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Moskvanın Presnensk məhkəməsi rusiyalı MMA döyüşçüsü Dmitri Sosnovskini həbs edib. Allsport.az xəbər verir ki, Sosnovski qrup şəklində insan oğurluğunda şübhəli bilinir.
Onunla bərabər daha bir MMA döyüşçüsü – Aleksnadr Qladkov da saxlanılıb. İdmançıların daxil olduğu kompaniya kişini oğurlayıb, döyüb və dostlarının 400 min rublluq (10,5 min manat) borcundan keçməyi tələb edib.
Sosnovskinin vəkili bildirib ki, döyüşçünün heç bir günahı yoxdur və o hadisə yerinə təsadüfən düşüb.
Sosnovski MMA-da keçirdiyi 11 görüşdən qalib ayrılıb. Onun UFC promouşenı ilə cari müqaviləsi mövcuddur.