MMA-nın inkişaf planları müzakirə edilib

Bu gün gənclər və idman naziri Fərid Qayibov, MMA və qrapplinq federasiyasının prezidenti Azad Əsgərovu, döyüşçü Tahir Abdullayevi, federasiyanın nümayəndəsi və idmançının meneceri Şiraslan Kərimovu qəbul edib.

Allsport.az saytı xəbər verir ki, o, idmançımızı UAE Varriors çempionu kəmərinin qazanılması münasibətilə təbrik edib və gələcək karyerasında böyük qələbələr arzulayıb.

Söhbət zamanı yerli idmançıların xaricdə çıxış etməsi və Azərbaycanda MMA-nın inkişafı ilə bağlı gələcək planları müzakirə edilib. 

Həmin kateqoriyadan