MMA-nın parlayan ulduzu çempion oldu, UFC-yə keçəcəyi gözlənilir – FOTO

Ər-Riyadda PFL liqasının növbəti turniri keçirilib.

Allsport.az xəbər verir ki, burada altı divizionda hər biri bir milyon dollar dəyərində olan çeklər uğrunda mübarizə aparılıb. Döyüşlərin beşində MDB ölkələrinin nümayəndələri iştirak edib. Bunlardan beşi rusiyalı , biri isə Türkmənistanlı idmançı idi.

Gecənin əsas hadisəsi braziliyalı Tayla Santos və ingilis Dakota Ditçeva arasındakı döyüş olub. Gözəlliyi ilə azarkeşlərin sevimlisinə çevrilən Ditçeva, gənc və məğlubedilməz bir döyüşçü olaraq bu finalda da möhtəşəm qələbə qazanıb. O, həm əlbəyaxada, həm də güləşdə rəqibindən üstün olduğunu nümayiş etdirib. Ditçevanın qələbəsi xüsusilə diqqət çəkib, çünki o, nadir hallarda MMA-da görülən bir hərəkətlə rəqibini bədən zərbələri ilə məğlub edib. Bu nailiyyət Dakotanın PFL-də ən parlaq ulduzlardan biri olmasını təmin edib. Onun yaxın gələcəkdə UFC-yə keçməsi gözlənilir.

Həmin kateqoriyadan