- Baxış sayı: 39
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 54
- Yanvar 20, 2026
- 0

“Bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq üçün idi. Hələ öyrənməli olduğumuz nüanslar var”.
Allsport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko yoxlama oyununda “Zaqatala”nı 4:0 hesabı ilə məğlub etdikdən sonra deyib.
O, nəticə əhəmiyyətli olmadığını bildiri: “Uşaqların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və necə tətbiq etdiklərini yoxladıq. Əvvəlki görüşlərlə müqayisə etsək, bu gün daha yaxşı oynadıq. Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdılar. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlərimiz oldu və onları düzəltmək üçün işləməliyik.
Ümumi götürdükdə 13-14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdır, möcüzə yaratmaq mümkün deyil. Ancaq pozitiv geridönüşlər də gördük”.