- Baxış sayı: 39
- 22 Mart 2026 15:50
- Baxış sayı: 269
- Mart 22, 2026
- 0

“Real”ın yarımmüdafiəçisi Luka Modriç yeni klub rekorduna imza atıb.
Allsport.az xəbər verir ki, xorvatiyalı Madrid komandasının heyətində çempionlar liqasında çıxış edən ən yaşlı futbolçu olub.
Luka Modriç 38 yaş 234 günlüyündə “Bavariya” ilə ilk yarımfinal matçında meydana çıxıb. Beləliklə, xorvatiyalı əfsanəvi Ferens Puşkaşın 1965-ci il noyabrın 17-dən bu yana qalmış rekordunu yeniləyib.