- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

“Milan” A seriyasının 3-cü turu çərçivəsində “Bolonya”nı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Allsport.az xəbər verir ki, “rossonerilər” yarımmüdafiəçi Luka Modriçin debüt qolu sayəsində qələbə qazana bilib.
5 gün əvvəl 40 yaşını qeyd edən xorvatiyalı İtaliya çempionatının yüksək divizionunda qol vuran ən yaşlı yarımmüdafiəçi olub. Modriç 1961-ci il martın 26-da 38 yaş 169 gün olarkən “Milan”da da çıxış edən və “İnter”ə qol vuran Nils Liedholmun rekordunu qırıb.