MOK-da İdmançılar komissiyasının növbəti iclası

Allsport.az xəbər verir ki, bu gün milli olimpiya komitəsində İdmançılar komissiyasının növbəti görüşü baş tutub.

Görüşdə idmançı və məşqçil münasibətləri müzakirə aparılıb. Məşqçilər üçün psixoloji testlərin təşkil olunması, qarşılıqlı davranış qaydalarının yaradılması haqqında söhbət edilib. Həmçinin idmana yeni başlayan yeniyetmə və gənc idmançılara qayğı göstərilməsinin vacibliyi də qeyd edilib.

Bildirib ki, komisiya gənclər və idman nazirliyinə məşqçilərin qeydiyyatının aparılacağı yeni bir veb saytin yaradılması haqda təklif irəli sürəcək. məqsəd gələcəkdə valideynlərin idman növünə uyğun olaraq övladları üçün peşəkar məşqçilər seçməkdir.

Yığıncaqda MOK-un idman idarəsinin direktoru Həsənağa Rzayev, beynəlxalq proqramlar şöbəsnin əməkdaşı Ceyhun Rəhmanov, komissiyanın sədri Rüstəm Orucov (cudo), komissiyanın katibi Fəridə Əzizova (taekvando), üzvləri Kamran Şahsuvarlı (boks), Fatimə Əlkərəmova (üzgüçülük) iştirak ediblər.

Həmin kateqoriyadan