- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Milli olimpiya komitəsində “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində iştirak edəcək məktəb direktorları ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir iyulda Bakıda keçiriləcək Avropa gənclər olimpiya festivalının irsi çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin olimpiya hərəkatını təşviq etməkdir.
Tədbirdə iştirak edən MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov, təhsil nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Vasif Məmmədov, Bakı şəhər təhsil idarəsinin rəisi Rəşad Tağıyev proqram çərçivəsində həyata keçiriləcək işlər, məktəblərin rol və vəzifələrindən danışdılar.
Sonra MOK-un əməkdaşı Səkinə Vəliyeva proqramın icrası üçün məxsusi yaradılmış @OCEP2019 ünvanlı sosial media platformasını təqdim edərək ondan proqramın icrası zamanı hansı istiqamətlərdə istifadə olunacağını izah etdi. Proqramın ekpertlər qrupunun nümayəndəsi Namiq Cəfərov məktəblərə həyata keçiriləcək işlər və ekspertlər qrupunun bu sahədəki fəaliyyətindən danışdı.
Tədbir ölkələrin Bakı şəhər məktəbləri arasında bölgüsünü təşkil etmək üçün püşkatma ilə yekunlaşdı. Qeyd olundu ki, layihə haqqında daha geniş məlumat ictimaiyyətə və media mənsublarına 21 fevral 2019-cu il tarixində “Olimpiya fetivalına 150 Gün” çərçivəsində təşkil ediləcək təşkil təqdimatda veriləcək.