3-4 dekabrda Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəylik İdman Federasiyasının Növbədənkənar Baş Assambleyası və İcraiyyə Komitəsinin iclası keçirilib.
Allsport.az saytı xəbər verir ki, toplantıda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, bu təşkilatın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva və digər nümayəndələri iştirak ediblər.
Tədbir zamanı, Bakı-2017 İslam Həmrəylik Oyunlarının təqdimatı keçirilib və İslam Həmrəylik İdman Federasiyasının yeni prezidenti seçilib.