MOK rəsmisi: Qurban Qurbanovu millidə dəstəkləyənlərdən biri idim. Gəncləri qorumaq lazımdır

“Qurban Qurbanov millidə olanda, onu dəstəkləyənlərdən biri mən idim. Yığmada yerli lazımdır. O, hər şeyi daha yaxşı başa düşür”.

Allsport.az saytı xəbər verir ki, bunu milli olimpiya komitəsinin icraiyyə komitəsinin üzvü və voleybol federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev dedi. Onun sözünə görə, yerli mütəxəssislər komandanı hansı ruhda hazırlamağı daha yaxşı bilir:

“Bizdə psixologiya fərqli. Ola bilər, xarici güclü mütəxəssis olsun. Amma burda həssas məsələlər var. Mən də gənc olanda səhvim olub. Gəncləri qorumaq lazımdır. Təzyiq olanda, insan çökür”.

Həmin kateqoriyadan