MOK-un 30 illik yubileyi münasibəti ilə “Heydər” və “Atatürk” zirvələrinə yürüş

Milli olimpiya komitəsinin 30 illik yubileyi münasibəti ilə, qurumun baş katibi Azər Əliyevin rəhbərliyində komitə rəsmiləri, olimpiyaçılar və bloqçulardan ibarət qrup 3751 metrlik “Heydər zirvəsi”nə yürüş ediblər.

Allsport.az saytı xəbər verir ki, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində ümummilli liderin adını daşıyan zirvənin mürəkkəb relyefinə baxmayaraq, qrup üzvləri hədəfə yüksək ovqatla yetişiblər.

Bu çətin və şərəfli yolda Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan, 3756 metr hündürlükdə yerləşən “Atatürk zirvəsi”nə də ziyarət uğurla baş tutub.

Həmin kateqoriyadan