- Baxış sayı: 47
- 13 Mart 2023 12:35
- Baxış sayı: 129
- Mart 28, 2023
- 0
“Şüa” idman-sağlamlıq kompleksində milli olimpiya komitəsinin 30-illik yubileyinə stolüstü tennis turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın açılışında ASTF-inn vitse-prezidenti Elmar İslam və MOK-un əməkdaşı İntiqam Səfərov ölkə idmanının inkişafından danışıblar.
Gərgin və maraqlı mübarizədə kişilərdə Emin Məmmədov qalib gəlib. Vəzir Allahverdiyev 2-c və Adil Əhmədzadə 3-cü olublar.
Qadınlarda Ləman Abdulhəmidova bütün rəqiblərini üstələyib. Arzu Aslanova 2-ci və Mərziyyə Nurmətova 3-cü yer tutublar.
Fərqlənən idmançılara ASTF-in və MOK-un mükafatları təqdim olunub.