Stolüstü tennis üzrə ölkə çempionatı

Sabah “Şüa” idman kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatına start veriləcək. Allsport.az saytı xəbər verir ki, iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar.

4 gün davam edəcək yarışda fərqlənənlərə gənclər və idman nazirliyinin medal və diplomları, həmçinin, stolüstü tennis federasiyasının mükafatları təqdim olunacaq.

Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.

Həmin kateqoriyadan