Onur Quluzadə Fransada qızıl qazanıb

Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə “VTT Youth Contender” turnirində qızıl medal qazanıb.

Allsport.az xəbər ki, o, Fransanın Mets şəhərində keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qrup mərhələsində maksimum nəticə göstərən Quluzada 1/4 final və yarımfinalda yerli tennisçiləri məğlub edib. Onur həlledici görüşdə ispaniyalı rəqibinə qalib gələrək, qızıl medala yiyələnib.

Qeyd edək ki, Onur 4 gün əvvəl Belçikada Spa şəhərində keçirilən analoji turnirdə bürünc medala layiq görülüb. Digər təmsilçimiz Yağmur Məmmədli isə mükafatçılar sırasına düşə bilməyib.

Həmin kateqoriyadan