- Baxış sayı: 121
- 16 Sentyabr 2026 17:38
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

15 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yola düşüb.
Allsport.az xəbər verir ki, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunacaq “Türk Dövlətləri” beynəlxalq təlim-məşq toplanışı və dostluq yarışında iştirak edəcək.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançılarının qatılacağı turnir martın 11-17-də keçiriləcək.